ABŞ-ın yeni sanksiya siyahısı: Mişustin, Peskov, Abramoviç və daha kimlər…
ABŞ rusiyalı məmurlar, iş adamları və jurnalistlərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
35 nəfərin daxil edildiyi siyahıda Rusiyanın Baş naziri Mixail Mişustin, ölkə prezidentinin sözçüsü Dmitri Peskov, FTX rəhbəri Aleksandr Bortnikov, “Rosneft” və “Qazprom” kimi şirkətlərin rəhbərləri İqor Seçin və Aleksandr Miller, habelə məşhur milyarder Roman Abramoviç, eləcə də “Russia Today” agentliyinin başçısı Marqarita Simonyan və “Birinci kanal”ın sədri Konstantin Ernstin də adları var.
Qanun layihəsi artıq Nümayəndələr Palatasının reqlament komitəsi tərəfindən təsdiq edilib. Sənəd ABŞ-ın 2022-ci il müdafiə büdcəsi layihəsinə düzəliş kimi təqdim olunub.