Lavrov-Stoltenberq görüşü: “Şansınızı sınamayın, Rusiya NATO-ya üzv olmayacaq”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasındakı iştirakına NATO Baş katibi Yens Stoltenberqlə görüşlə başlayıb.
S.Lavrov protokol foto çəkilişi zamanı masa ətrafında sıxlaşan jurnalistlərə müraciət edib.
“Şansınızı sınamayın. Rusiya NATO-ya üzv olmayacaq”, – deyə rusiyalı diplomat zarafat edib.
Daha sonra görüş bağlı qapılar arxasında davam edib.
Mətbuata verilən növbəti açıqlamada qeyd olunub ki, görüşdə Rusiya-NATO münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib.
“Rusiya tərəfindən təmas xətti boyunca gərginliyi azaltmaq üçün konkret təkliflər irəli sürülüb”, – deyə Rusiya tərəfindən verilən açıqlamada vurğulanır.
Məlumatda qeyd olunur ki, Sergey Lavrov Avropa həmçinin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə də görüşü gözlənilir.