Sentyabrın 27-də azad olunan ərazilər – Siyahı
Bir il əvvəl Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı.
Hücum əməliyyatlarının başlandığı ilk gündən Müzəffər Ordumuz bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi.
Sentyabrın 27-də azad olunan əraziləri təqdim edirik:
– Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;
– Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;
– Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər.