Daxili işlər naziri yeni rəis təyin etdi
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis baş leytenantı Bayram Cəfərov təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatdək Laçın Rayon Polis Şöbəsində çalışıb.