Makrona bu dəfə yumurta atdılar
Fransa Prezidenti Emmanuel Makron Liona səfəri və sakinlərlə görüşü zamanı naməlum şəxsin hücumuna məruz qalıb.
İlkin məlumata görə, ona qaynadılmış yumurta atılıb: o, siyasətçinin çiyninə dəyərək qırılmadan yerə düşüb.
Hadisə Fransa dövlət başçısının “Eurexpo” sərgisində gəzdiyi zaman baş verib.
Yumurtanı atan “yaşasın inqilab” deyə qışqırıb, bundan sonra prezident mühafizəçisi onu qandallayaraq zaldan çıxarıb.
Makron əməkdaşlara bildirib ki, gənclə danışaraq məsələni aydınlaşdırsınlar.
Bundan əvvəl isə iyun ayında Drom departamentində yerli sakin Makrona şillə vurmuşdu.