Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xəqani Rzayev saxlanılıb.

Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button