Kamran Əliyev Ermənistan baş prokurorunun görüşündən danışdı

Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorlarının görüşü keçirilib.

Baş prokuror Kamran Əliyev görüşlə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, görüşdə Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlığın davam etməsi istiqamətində razılığa gəlindi: 

“Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda biri-birinə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır”.

Hamısını Göstər

Related Articles

Back to top button