Saakaşvili artıq Batumidədir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Batumidədir. Bu barədə siyasətçi feysbukda paylaşdığı müraciyətdə məlumat verib.

09:42

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, Saakaşvili qayıdan kimi birbaşa aeroportdan həbsxanaya aparılacaq.

İndi isə Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, Saakaşvilinin ölkəyə qayıtması barədə onlarda məlumat yoxdur və keçmiş prezidentin hazırda harada olduğu nazirliyə məlum deyil.

Xatırladaq ki, sabah oktyabrın 2-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Bu seçkiləri izləmək üçün avropalı müşahidəçilər artıq ölkəyə gəliblər.

Hamısını Göstər

Related Articles

Back to top button