Göyçay sakinindən həşiş götürülüb

Göyçayda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bığır kənd sakini Ədalət Mayılov  saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button