Səudiyyə Ərəbistanı aeroportuna PUA hücumu: Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının Cəzan aeroportuna pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində azı 10 nəfər xəsarət alıb.

Bu barədə Ərəb Koalisiyasının mətbuat katibi, general Turki Əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, hücum Yəməndəki Husi qiyamçıları tərəfindən həyata keçirilib.

“Düşmənin PUA-nın köməyi ilə (Cizan hava limanına) hücum cəhdi nəticəsində turistlər və aeroport işçiləri də daxil olmaqla 10 nəfər xəsarət alıb”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button