Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin “Dağlar və bağlar” rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.
“Report” xəbər verir ki, görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.
Xatırladaq ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.