Nazarbayev Bakını “Putin ittifaqına” çağırdı – müşahidəçi status bizə lazımdırmı?

Politoloq bunu mümkün sayır, iqtisadçı isə təmsilçilikdə iqtisadi divident görmür.

“Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilər”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının Yüksək Şurasının iclasında deyib. Nazarbayev fikrini belə əsaslandırıb: “Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Eyni zamanda əvvəllər deyildiyi kimi, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi olması üçün danışıqlar aparmağı mümkün hesab edirəm. Özbəkistan nümunəsi bu məsələdə kömək edə bilər”.

Tədbirdə Nazarbayevdən sonra çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan təklifə münasibət bildirməyib, ancaq erməni mediasında ciddi həssaslıqla qarşılanıb, Paşinyanın Nazarbayevin təklifinə niyə reaksiya vermədiyi soruşulub.

Bəs Azərbaycana bu iqtisadi ittifaqda müşahidəçi kimi təmsilçilik ölkəmizin maraqları baxımdan nə dərəcədə uyğundur? Bakı Rusiyanın orbitinə daha da yaxınlaşmaq xətti götürə bilərmi? Ümumiyyətlə, Avrasiya İqtisadi İttifaqında olmaq iqtisadi cəhətdən hansı dividentlər qazandıra bilər? Eyni zamanda Paşinyanın susqunluğunun səbəbi razılıq əlamətidirmi?

“Nazarbayev Avrasiya üzərində çalışan görkəmli siyasətçilərdən biri və ideya müəllifidir, gerçəkləşməsi üçün böyük güc sərf edib. Ümumiyyətlə, Nazarbayev müdrik və Azərbaycanı sevən adamdır. O, bizim ölkənin inkişafı ilə bağlı oriyentasiyanı göstərmək istəyir”- professor Qabil Hüseynli “Yeni Müsavat”a Azərbaycanın müşahidəçi statusunda iştirakını belə şərh etdi. Onun sözlərinə görə, rəsmi Bakının buna dair mövqeyi olmasa da, fikrincə, Ermənistanla sülh danışıqlarını həll edib, problemləri tam yoluna qoyduqdan sonra müşahidəçi statusunda iştirakla bağlı müzakirə aparmaq olar: “Bunun iqtisadi cəhətdən bizə faydaları ola bilər. Azərbaycan Avropa və Avrasiyanı birləşdirən mühüm dəmir yolları qovşağıdır. Bu ideyanın möhkəmlənməsi üçün şərait yarada bilər. Qədim İpək yolları Azərbaycandan keçir. Azərbaycan həm dəmir yolları, həm şose yolları vasitəsilə Avrasiya ideyasının həyata keçməsində önəmli rol oynaya bilər. Bu səbəbdən Nazarbayevin bizi müşahidəçi statusunda dəvət etməsi düşündürücüdür”.

Heç olmasa, bu dəfə vaxtında bəyanat verə bildilər” – Qabil Hüseynli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qabil Hüseynli

Q.Hüseynli bölgədə onsuz da Rusiyanın dominantlığının qaldığını düşünür: “Rusiya elitasında Sovet İttifaqının sərhədlərini bərpaya çağıran qüvvələr az deyil. Onlar böyük dövlətçilik xülyası ilə yaşayır və keçmiş sovet respublikalarının bir qisminin Kremlin orbitində qalmasını arzulayırlar. Amma bu iştirakla Rusiyanın bəzi şıltaq, xülya xarakterli ideyalarını neytrallaşdırmağa nail ola bilərlər. Xüsusən Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi, NATO ilə kritik əlaqələr göstərir ki, Moskvada millətçi əhval-ruhiyyə güclənib. Hələ ki Rusiyadan uzaqlaşa bilmiriksə, onun olduğu iqtisadi platformalarda müşahidəçi statusunda təmsil olunmaqla bu siyasəti neytrallaşdırmaq daha sərfəlidir. Nazarbayevin özü də bu məsələdə Rusiyanın indiki siyasətini yaxşı bildiyindən bu ideyanın möhkəmlənməsi üçün çalışır. Çünki rusların Qazaxıstana qarşı da ərazi iddiaları var”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini gözləmirdim" » YeniSözçü qəzeti

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Aİİ iqtisadi birlikdən daha çox siyasi çalarları olan platformadır və Rusiyanın moderatorluğu ilə fəaliyyət göstərir. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqına qoşulan ölkələrin çəkisi elə də yüksək deyil: “Azərbaycanın əsas tərəfdaşları Türkiyə, İsrail, Avropa ölkələridir. Ona görə bu birlikdə iştirakın böyük iqtisadi dividentlər gətirəcəyini düşünmürəm. Qazaxıstan, Rusiya, Ermənistan istisna olmaqla digər üzv ölkələrlə onsuz da ikitərəfli müqavilələrimiz, əməkdaşlığımız var, ona görə təmsilçiliyin ayrıca töhfə verəcəyini gözləmirəm. Azərbaycan iqtisadi münasibətlərini yuxarıda sadaladığım ölkələrlə qurmağa üstünlük verir”.

Ramiyə Məmmədova: “Qaçqınlar məsələsi Avropanı Türkiyədən asılı hala gətirir”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Azərbaycanın iqtisadi siyasətdə Avrointeqrasiya xəttini götürdüyünü hesab edir. Onun fikrincə, bu mənada Bakının müşahidəçi statusunda iştirakı tezdir və hakimiyyət də tələsmir: “Azərbaycan bu ittifaqda hələlik perspektiv görmür. İndi daha yaxşı platforma fürsəti yaranıb, Zəngəzur dəhlizinin açılması və 3+2 formatı region ölkələrinə iqtisadi cəhətdən fayda verəcək. Biz Rusiya ilə ticarət dövriyyəsini ilbəil artırırıq, Soçi görüşündə də Putin açıq söylədi, hətta Ermənistanla gerilədiyini dilə gətirdi. O baxımdan Moskvanın bizdən xüsusi gözləntisi yoxdur ki, tələm-tələsik bu ittifaqda iştirak edək. Üstəlik, Ermənistanla həllini gözləyən problemlər yarımçıq qalıb”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar. 2020-ci ildə üzv ölkələr arasında ticarət dövriyyəsi 12,3 faiz azalıb. İttifaqa üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. 

Hamısını Göstər

Related Articles

Back to top button