Qoşunların sərhədə cəmləşdirilməsi davam edir

Rusiya Ukrayna sərhədlərinə qoşun cəmləşdirməkdə davam edir və bu proses Cenevrədə kritik danışıqların getdiyi saatlarda da dayanmayıb. virtualaz.org xəbər verir ki, Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında 8 saatlıq danışıqların keçirildiyi gün – yanvarın 10-da Ukrayna sərhədləri istiqamətində hərbi texnika ilə yüklənmiş daha bir neçə dəmir yol qatarının hərəkət etdiyini əks etdirən kadrlar yayılıb. 

https://youtube.com/watch?v=-skMp8oZmCk%3Ffs%3D1%26feature%3Doembed%26%26wmode%3Dopaque

Bildirilir ki, 2022-ci ilin əvvəlindən ən azından 7 belə qatarın Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb. Əsasən texnikanı Uzaq Şərq və Primorsk diyarındakı hərbi hissələrdən daşıyırlar. Kadrlarda BMD desant döyüş maşınlarını və BTR-ləri görmək mümkündür. “The New York Times” isə Rusiyanın Ukrayna sərhədlərinə həm də zərbə vertolyotlarını cəmləşdirdiyini xəbər verir.

Bu arada Fransa kəşfiyyatı istisna etmir ki, Moskva Ukraynaya qarşı döyüş əməliyyatlarının eyni vaxtda bir neçə ssenarisini nəzərdən keçirir. Bura bütün Donbassın zəbt edilməsindən tutmuş Ukraynanın cənubunda şəhərlərin işğalı da daxildir. “Europe1” resursu Fransa kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Qazaxıstandakı hadisələrə baxmayaraq Rusiya Ukraynaya hücum planlarını ləğv etməyib.

Kəşfiyyatdakı mənbələr deyirlər ki, Putin ABŞ və NATO ilə danışıqların nəticələrini gözləmədən Ukraynanın sonrakı taleyini həll edəcək. Bu zaman üç ssenari nəzərdən keçirilir. Birincisi-Rusiya ordusunun birbaşa müdaxiləsidir. Hazırda Ukrayna sərhədləri boyu 100-150 minlik canlı qüvvə və olduqca çox hərbi texnika cəmləşdirilib. Bu ssenari həyata keçirilsə hər iki tərəfdən çoxsaylı itkilər qaçılmaz olacaq.

İkinci ssenariyə əsasən Rusiya ancaq Donbassı özünə birləşdirəcək. Fransa generalları əvvəldən hadisələrin bu cür inkişaf edəcəyini daha ağlabatan hesab edirlər. Çünki bu variant Rusiyaya daha çox sərf edir. Moskva regionda toqquşmaları qızışdıra və ardınca “öz vətəndaşlarını” müdafiə etmək üçün Donbassa qoşun yeridə bilər.

Lakin üçüncü ssenariyə əsasən Rusiyanın Ukraynaya qarşı Baş qərargah rəisi, general Valeri Gerasimovun strategiyasını istifadə etməsi mümkündür. Bu hibrid müharibə strategiyasıdır və eyni vaxtda iqtisadi, informasiya və hərbi cəbhələrdə total müharibənin aparılmasını nəzərdə tutur.

Hamısını Göstər

Related Articles

Back to top button