Ərdoğandan sonra Türkiyə dəyişəcəkmi? – “To Vima” nəşri
“To Vima” qəzetində Yunanıstan Xarici İşlər Nazirliyinin keçmiş səfiri-müşaviri professor Panayotis İoakimidisin şərhi yer alıb.
Şərhin maraqlı olduğunu nəzərə alaraq bəzi detallara diqqət yetirdik.
Panayotis İoakimidis hesab edir ki, prezidentin gedişi ilə Ankaranın əsas mövqeləri yəqin ki, dəyişməyəcək:
“Yunanıstanın xarici siyasətində, xüsusilə Yunan-Türkiyə siyasətində aşkar irəliləyişlərə baxmayaraq, geriləmələr də müşahidə olunur. İki son dərəcə məşum hadisəni xüsusi qeyd etmək lazımdır: birincisi, Ankaranın Şərqi Egey adalarının demilitarizasiyası ilə onların Yunanıstanın suverenliyi arasında əlaqə yaratması, ikincisi, Yunanıstanın Türkiyəyə qarşı müharibə hazırlaması ilə bağlı ən son bəyanatlar (guya).
Bir sıra təşəbbüslər ümumi hadisələrlə birlikdə Yunanıstanın Şərqi Aralıq dənizi regionunda və onun hüdudlarından kənarda sabitlik və əməkdaşlıq ölkəsi kimi mövqeyini, eləcə də Avropa İttifaqının şərq regional mühiti ilə əlaqələri üçün “körpü ölkə” mövqeyini gücləndirdi. Yunanıstan-Fransa Strateji Tərəfdaşlıq Sazişinin imzalanması, şübhəsiz ki, 2021-ci ilin flaqman hadisəsinə çevrildi. Xüsusən də qarşılıqlı yardım haqqında bənd natamam da olsa, bu müqaviləyə daxil edilib, baxmayaraq ki, Avropa İttifaqının müvafiq bəndinə (42.7 TEU) “bağlamaq” düzgün olardı.
Həmçinin, ABŞ Dövlət Katibi Entoni Blinkenin geniş əhatə dairəsi və müşayiət məktubu ilə beş il müddətinə yenidən işlənmiş Yunan-Amerika Müdafiə Sazişinin (MDCA) imzalanması da əhəmiyyətlidir. Yunanıstanın Birləşmiş Ştatlarla eyniləşdirilməsinin miqyası və intensivliyi ilə bağlı suallar verilə bilsə də, Birləşmiş Ştatlar hazırda daha çox Çin və Sakit Okean hövzəsinə diqqət yetirir, Yunanıstan isə Avropa İttifaqının qurulması prosesində fəal iştirak etmək istəyir.
Avropanın suverenliyini gücləndirmək üçün “strateji muxtariyyət”ə əsaslanan müdafiə.
Eyni zamanda, ölkə Rusiya ilə münasibətləri yeniləməyə çalışıb və baş nazir Kiryakos Mitsotakislə Rusiya prezidenti Vladimir Putinin görüşü və iki ölkə arasında bağlanan ikitərəfli müqavilələr də bu çərçivəyə uyğundur. Məlum olduğu kimi, Yunanıstan-Rusiya münasibətləri son illər bir sıra səbəblərdən müəyyən qədər zəifləyib. Bu baxımdan Yunanıstan həm də əsasən Ukrayna probleminə görə mümkün olan ən aşağı həddə olan Aİ-Rusiya münasibətlərinin ümumi yaxşılaşmasında fərqli kvazi-körpü rolunu oynayır. Liviya ilə münasibətlərin bərpası istiqamətində atılan addımlar, o cümlədən Afrika ölkələrində (xarici işlər nazirinin səfərləri ilə), Fars körfəzi ölkələrində və s.-də yunanların iştirakının genişləndirilməsi də müsbət hal kimi qiymətləndirilməlidir.
Bununla belə, son bir ildə bəzi miflər dağılmağa başladı, məsələn, East Med boru kəməri (artıq ölü sayılır), üçtərəfli ittifaqlar Türkiyəyə qarşı divar kimi (divar dağılır görünür – Ankaranın ölkələrlə münasibətlərinin yaxşılaşması ilə müşayiət olunur. Beləliklə, Türkiyənin tamamilə təcrid edildiyi iddiası heçə enib…
Əsas məsələdə – Türkiyə ilə münasibətlərdə (və Kipr məsələsində) keçmiş dövrlərin nailiyyətlərini “durğunluq” və “struktur reqressiya” sözləri ilə ifadə etmək olar. Təbii ki, meydanda 2020-ci ildə olduğu kimi təhlükəli gərginlik yox idi. Əksinə, “ilkin danışıqlar” (yenidən) başladı, Ankarada və Afinada Baş nazir Miçotakislə Türkiyə Prezidenti Rəcəb Ərdoğan, habelə xarici işlər nazirləri Nikos Dendias və Mövlud Çavuşoğlu arasında yüksək səviyyəli görüşlər, iqtisadi məsələlər üzrə dialoq keçirildi. Lakin bütün bu müsbət irəliləyişlər Yunanıstan-Türkiyə problemlərinin əsas gündəmində sıçrayışa səbəb olmadı. Bu qısa müddətdən sonra durğunluq yarandı, lakin aqressiv ritorika geniş məzmunla qayıtdı.
Ankara indi bilavasitə Egey adalarının suverenliyini şübhə altına alır və onların demilitarizasiyasını Yunanıstanın suverenliyi üçün ehtimal edilən şərt kimi göstərir. Bu, Yunanıstanın guya Türkiyəyə qarşı müharibə hazırladığı iddiaları ilə yanaşı, struktur geriləməsinin yeni və təhlükəli elementidir. Bu vəziyyət 2020-ci ildən daha pis ola bilər. Bəlkə də bu, yeni bir dönüş nöqtəsidir. Lakin Yunanıstan tərəfdən struktur reqressiya elementləri də var.
Birincisi, “Yunanıstan-Türkiyə dilində Yunanıstanın maraqlarına cavab verəcək həll yolu ola bilməz” kimi ictimai rəyin artması. Və bu nöqteyi-nəzər az-çox davamlı olaraq siyasi və kommunikasiya sisteminin bir hissəsi tərəfindən yetişdirilir. Etibarsızlıq dərinləşir.
İkincisi, bütün siyasi elitada iki ölkə arasında yalnız bir ziddiyyətin olması – kontinental şelfin/eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı rəyin açıq-aşkar sərtləşməsi müşahidə olunur və biz başqa heç nəyi müzakirə etmirik. Yəni, görünür, söhbət suverenlik məsələlərindən yox, ərazi sularının (hətta bu, bir qayda olaraq, birtərəfli potensial suverenlik hüququ olsa belə), hava məkanının, axtarış-xilasetmə zonalarının genişləndirilməsindən gedir? Problemlərin təhlükəli “rutinləşməsi” baş verir.
Bu şərtlər daxilində heç bir irəliləyişin ola bilməyəcəyi açıqdır. 2022-ci il Kiçik Asiyada fəlakət ili kimi yadda qala bilər. Türkiyənin iqtisadi çöküş və prezident Ərdoğan üçün yaxınlaşan (qeyri-müəyyən də olsa) siyasi sonu ilə keçid dövrünə girdiyini nəzərə alsaq, daha çətindir. Bununla belə, Yunan tərəfinin Ankaranın əsas mövqelərinin hazırkı prezidentin mümkün gedişi ilə yəqin ki, dəyişməyəcəyini bilməsi faydalıdır. Çünki bu siyasət 1954-cü ildən, xüsusən 1973-74-cü illərdən formalaşıb zənginləşərək dəyişməz olaraq qalır və belə də qalacaq.
Və əsas türk mülahizəsini üç əsas nöqtəyə endirmək olar:
Birincisi, Ankara üçün Yunanıstan status-kvonu devirməyə çalışan geniş revizionist ölkədir. Yunanıstan Egey dənizində altıdan on iki dəniz milinə qədər genişlənməsinə və adalar üçün “tam effektli” dəniz zonalarının müəyyənləşdirilməsinə çalışır, bununla da Türkiyəni tamamilə istisna edir və Egey dənizini “Yunan gölünə” çevirir. Üstəlik, Yunanıstan, Rəsmi Ankaranın fikrincə, Türkiyəni Şərqi Aralıq dənizindən çıxarmağa çalışır.
İkincisi, Yunanıstan Türkiyə ilə düşmən münasibətdə olan bütün ölkələrlə (İsrail, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və s.) Türkiyə əleyhinə ittifaqlar qurur. Beləliklə, Yunanıstan Sevr müqaviləsi məntiqinin dirçəldilməsi ilə Türkiyəni mühasirəyə almağa və ola bilsin ki, onu əritməyə çalışır. Bu müqavilə hələ də Türkiyəni təqib edir.
Üçüncüsü, Yunanıstan dişinə qədər müasir silahlarla silahlanıb. Eyni zamanda Türkiyənin silahlanması başqa məqsədlər güdür.
Bu arqumentlər (Guya Türkiyə beynəlxalq hüquq normalarına məhəl qoymur. Və ya Türkiyənin xarici siyasəti neo-Osmanlı nostaljisindən qaynaqlanır və s.) Afina üçün ifrat fantaziyadır. Bütün bunlara baxmayaraq, Yunanıstan Türkiyə üçün xarici siyasəti formalaşdırır. Çünki bu arqumentlərdə əks olunan detallar onu deməyə əsas verir ki, Türkiyə Ərdoğan gedəndən sonra da dəyişməz xarici siyasət yeridəcək. Ola bilər ki, üslub və ritorika ilə paralel olaraq problemlərin həllinin prosedur çərçivəsi dəyişə bilər (beynəlxalq ədalətə müraciət, dialoq və s.).
Beləliklə, bunlar Afinanın qarşılaşmalı olacağı faktlardır. Amma Afina onların əsasında Türkiyəni Aİ vasitəsilə beynəlxalq hüquqa əsaslanan və məqbul qısa müddət ərzində danışıqlar prosesinə cəlb etməklə həll yollarının tapılması strategiyasını formalaşdırmalıdır. Necə deyərlər, coğrafiya taledir…”
Tərcümə etdi: Rəsmiyyə Şərifova