Almatı “morq”larından 41 cəsəd oğurlanıb
Almatıda iğtişaşlar zamanı şəhərin meyitxanalarına yeddi hücum həyata keçirilib və 40-dan çox cəsəd oğurlanıb.
Bu barədə şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov bildirib.
“Ölüləri qoymadılar, yaralıları da özləri ilə apardılar. Bu günlərdə morqlara 7 hücum olub və 41 cəzəd oğurlanıb”, – deyə o, bəyan edib.
Qeyd edək ki, BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1300 nəfərdən çoxu yaralanıb.