Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florensdə (Arizona ştatı) tərəfdarları ilə görüşü zamanı yenidən Ağ Evə qayıdacağını bildirib.

O, “2024-cü ildə biz Ağ Evi geri alacağıq”, – deyə bəyan edib.

Eks-prezident “Amerikanı yenidən böyük etmək” zərurətini vurğulayıb.

Qeyd edək ki, Trampın 2024-cü il prezident seçkilərində iştirakı məsələsi açıq qalır. Noyabrın 8-də eks-prezident aralıq seçkilərdən sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək qərarını açıqlayacağını bəyan edib.

Siyasətçi qeyd edib ki, namizədliyi ilə bağlı hələ dəqiq qərar verməyib.

Hamısını Göstər

Related Articles

Back to top button