Qazaxıstanda hakimiyyət uğrunda mübarizə davam edir – Nazarbayev Tokayevlə “şiddətli danışıqlar” aparır
Nazarbayev Tokayevlə ölkədə aktivlərin, gəlirlərin və yeraltı sərvətlərin yenidən bölüşdürülməsi ilə bağlı “şiddətli danışıqlar” aparır.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevlə ölkədə aktivlərin, gəlirlərin və mədən işlərinin yenidən bölüşdürülməsi ilə bağlı “şiddətli danışıqlar” aparır.
“Qazaxıstanda hakimiyyət uğrunda mübarizə davam edir. Hər şeyin rəvan sona çatacağına zəmanət yoxdur “deyə həmsöhbətlərdən biri nəşrə bildirib. Başqa bir mənbə isə “Nazarbayevin erası bitdi” fikrini yazır. Bunu ona yaxın adamların əsas postlardan uzaqlaşdırılması da göstərir. Britaniya qəzetinin həmsöhbətləri ölkədəki etirazlara və iğtişaşlara görə “Nazarbayev klanından olan reaktiv və mühafizəkar qüvvələri” günahlandırır.
Həmçinin işgüzar dairələrdəki mənbə “The Guardian”a bildirib ki, siyasi elitanın bir hissəsi siyasi təmizləmələrin Nazarbayevin yaxın ətrafı ilə məhdudlaşacağı ümidi ilə Tokayevə sadiqliklərini bəyan edə biliblər.