Masallı sakinlərindən qanunsuz saxladıqları odlu silahlar aşkarlanıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Cabbarov, Z.İsayev, X.Əliyev, N.Rəhmətov, H.Yağubovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button