Kalaşnikovdan ermənilərə: Rusiyadan nə istəyirsiniz?
Benderanın şöhrətlənməsinə reaksiya veririksə, Njdenin qabardılmasına niyə səssiz qalmalıyıq? Bəli, bu, ermənilərin mərkəzidir, amma bu şəhər, təəssüf ki, Ermənistanın deyil, Rusiyanın paytaxtıdır.
Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Erməni İttifaqının faşist terrorçu Qaregin Njde haqqında filmi nümayiş etdirməyə cəhdi barədə yaranmış qalmaqaldan danışarkən deyib.
“Xüsusən də belə fiqurların məşhurlaşması millətçiliyin ən pis formasında dirçəlməsinə gətirib çıxarır. Bunu Paşinyan deyil, Ermənistanın keçmiş rəhbəri Sərkisyan Moskvada fəal şəkildə təşviq etməyə başlayıb. Əlbəttə, demək olar ki, ermənilərin özlərinə qəhrəman seçməsi öz işləridir. Lakin onda belə sual yaranır: əgər siz belə suveren, məğrur və qüdrətlisinizsə, Rusiyadan nə istəyirsiniz?” – o bildirib.