ABŞ dövlət agentliyi Qarabağdakı erməni separatçılarına gizli şəkildə kömək edib – Fotofakt

14 oktyabr 2020-ci il tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Xocavənd rayonunun Bulutan kəndində Ermənistanın işğalı illərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tibb məntəqəsi tikilib və müxtəlif avadanlıqla təchiz edilib.

Caliber.Az-ın əlində olan fotolar onu deməyə əsas verir ki, USAID ABŞ hüdudlarından kənarda yardım sahəsində ən yüksək federal dövlət idarəetmə orqanı olaraq Azərbaycanın işğal olunmuş ərazilərində tibb məntəqəsi inşa edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini kobud şəkildə pozub.

Qeyd edək ki, bütün bunlar Birləşmiş Ştatların da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğu bir vaxtda baş verib.

Yəni, ABŞ hökuməti bir tərəfdən Azərbaycanı “sülhə” çağırarkən, digər tərəfdən bu ölkənin prezidenti tərəfindən, Senatın razılığı ilə rəhbərliyə təyin olunan və dövlət katibi ilə koordinasiyalı fəaliyyət göstərən ABŞ federal agentliyi erməni işğalına şərait yaradıb?!

Bu fakt bir daha ABŞ-ın Azərbaycana qarşı ikili standartlar siyasəti yürütdüyünü göstərir.

Ehtimal etmək olar ki, belə tibb məntəqələri ermənilər tərəfindən işğal olunmuş yalnız bir kənddə tikilməyib.

Redaksiyamız USAID-in bu faktlara münasibətini işıqlandırmağa hazırdır.

Hamısını Göstər

Related Articles

Back to top button