Türkiyə hərbçiləri azərbaycanlı həmkarlarına təlim keçib
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Komandanlığı tərəfindən ordumuzun şəxsi heyətinə gəmi təlimatçılarının hazırlanmasına dair təlim keçirilib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“İki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edirik”, – nazirliyin paylaşımında bildirilib.
Paylaşıma təlimlərdən müvafiq görüntülər də əlavə olunub.



