Xocavənddə tank əleyhinə qurğu aşkar edildi

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”(tank əleyhinə raket kompleksi), 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.

Hamısını Göstər

Related Articles

Back to top button