Masallıda qaydaları pozan 35 sürücü cərimələnib

Xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, ictimai nəqliyyatda sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Həmçinin reyd zamanı atmosferə buraxdığı zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edənlər və digər qayda pozuntularına yol verənlər aşkarlanıb. Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. Həm sürücülərə həm də sərnişinlərə izah olunub ki, görülən bütün bu nəzarət profilaktiki tədbirlər yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin edilməsi və onların sağlamlığının qorunmasından ötrüdür.

Hamısını Göstər

Related Articles

Back to top button