Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş şəhər sakini Rəna Qurbanova ilə izahedici söhbətlər aparıb. O,yaşadığı evə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button