Qaxda atmosferi zərərli qazlarla çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ətraf mühitin qorunması, atmosferin çirkləndirilməsinin qarşısının alınması istiqamətində hərəkətin intensiv olduğu küçə və prospektlərdə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, reyd zamanı yol polisi əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi cihazlarla yoxlanılıb. Texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən nəqliyyat vasitələri müəyyən olunub. Onların sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Hamısını Göstər

Related Articles

Back to top button