Gürcüstan Aİ-yə daxil olmaq üçün müraciət etdi – Moldova da müraciət üçün ərizə göndərəcək
Gürcüstan Aİ-yə sürətləndirilmiş şəkildə daxil olmaq üçün müraciət edib.
Bu barədə Baş nazir İrakli Qaribaşvili videomüraciətində bildirib.
Ərizə hökumət başçısı tərəfindən imzalanıb.
Qaribaşvili qeyd edib ki, ölkə 2024-cü ildə müraciət etməyi planlaşdırırdı. Lakin siyasi kontekst və yeni reallığa əsaslanaraq hakimiyyət bu işi sürətləndirmək qərarına gəlib.
***
Moldova hakimiyyəti də Avropa İttifaqına üzv olmaq üçün ərizə göndərəcək.
Bu barədə cümə axşamı keçirilən brifinqdə respublika prezidenti Maya Sandu bildirib.
“Bu gün biz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün ərizə imzalayacağıq. O, Fransa prezidenti Emmanuel Makrona göndəriləcək”, – deyə Sandu bəyan edib.
Bundan sonra respublika başçısı sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzalayıb.
Qeyd edək ki, Moldova 2014-cü ildə bir sıra öhdəliklər götürərək Aİ ilə assosiasiya sazişi imzalayıb.



