Sinqapur ölkədəki şirkətlərə Rusiya bankları ilə maliyyə əməliyyatları aparmağı qadağan edib
Sinqapur Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib.
Belə ki, Sinqapur banklarına və digər maliyyə qurumlarına Rusiyanın dörd bankı – “VTB”, “VEB”, “Promsvyazbank”, “Rossiya” bankları ilə əməliyyatlar aparmaq qadağa edilib.
Qeyd edək ki, Rusiya silahlı qüvvələri Fevralın 24-dən etibarən Ukraynada hərbi əməliyyatlar keçirir.
Buna cavab olaraq bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib.