Ukrayna baş nazirinin müavini: “Rusiya rəhbərliyi ölən əsgərlərin cəsədlərini götürməkdən imtina edir”

Rusiya rəhbərliyi Ukraynada ölən hərbçilərinin cəsədlərini götürməkdən qəti şəkildə imtina edir. Bu barədə baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.

“Ruslar hətta bu məsələ ilə bağlı danışıqlardan belə imtina edirlər”, – “İnterfaks-Ukrayna” Vereşukdan sitat gətirir.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti ölən əsgərlərin cəsədlərini götürmək istəmir ki, onların anaları, həyat yoldaşları və qızları hərbi əməliyyatların real miqyası və insan itkiləri barədə xəbər tutmasınlar.

Hamısını Göstər

Related Articles

Back to top button