Ermənilərdən Rusiyaya dəstək: 22 könüllü Ukraynaya qarşı döyüşməyə hazırdır

22 erməni Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiyaya dəstək aksiyası keçirərək Ukraynaya qarşı müharibəyə yollanacaqlarını deyirlər.

Keçmiş SSRİ-nin bayrağı və gerbi ilə aksiyaya gələn iştirakçılardan biri Ruben Tsaturyan jurnalistlərə bildirib ki, onlar Rusiyanın xüsusi hərbi əməliyyatında iştirak etmək üçün Donbasa getməyə hazırdırlar.

O qeyd edib ki, toplantı rus xalqı ilə həmrəyliyi ifadə etmək və Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləmək üçün həyata keçirilib.

Hamısını Göstər

Related Articles

Back to top button