Putinlə “söz güləşdirən” Mərkəzi Bankın rəhbəri istefa verməli oldu
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina getməyə məcbur olub.
Bu barədə Nabiullina Teleqram kanalında yazıb.
“Bəli, dostlar, doğrudur! Təəssüf ki, istefa.
İqtisadi sabitliyin qorunması üçün Nabiullinanın irəli sürdüyü üç tələbin qarşısı Rusiya Federasiyası hökuməti tərəfindən tamamilə alınıb. Defolta və iqtisadi çöküşə doğru gedirik”, – deyə Nabiullina bildirib.
Bildirilir ki, bu, Nabiullinanın Mərkəzi Bankın ehtiyatlarının yarıdan çoxunu Aİ-nin dost olmayan ölkələrində saxlamasına görə qisasdır. İndi onları sanksiyalar bloklayır, onlardan istifadə etmək mümkün deyil.
Əslində isə vəziyyət başqa cürdür. İki gün qabaq Putin Rusiya Mərkəzi Bankının sədri Nabiullinadan il üçün 69-72% inflyasiya proqnozu ilə hesabat alıb.
Prezidentlə videokonfrans zamanı Nabiullina indiki şəraitdə belə inflyasiyanın öhdəsindən gələ bilməyəcəyini bildirib. Üstəlik, o, Putinə deyib ki, “başqasının zibillərini təmizləmək üçün “assenizator” lazımdır və o, tamam başqa sahənin mütəxəssisidir”.
Təəccüblənən Putin onun “zibil”indən danışıb-danışmadıını soruşduqda, Nabiullina “kimin zibilldirsə, özü qərar versin” deyə cavab verib və təkrarlayıb ki, o, tamam başqa sahədə peşəkardır.
Putin bu cür cəsarətdən o qədər tutulub ki, dərhal görüşü bitirib. Putinin Nabiullina haqqında qərar verə biləcəyi yeganə şey onu işdən çıxarmaq və ya bir müddət bu cür naşılıqlara dözmək, bu cür bəyanatlara qulaq asmaqdır, lakin artıq tam aydındır ki, onun işini mümkün qədər səmərəli etmək daha mümkün olmayacaq.
Qeyd edək ki, Putin tez-tez Nabiullinanı işinə görə tərifləyirdi və onu peşəkar adlandırırdı.