Ukrayna ordusu rusların zirehli texnika kolonunu məhv edib
Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zirehli texnikasının kolonunu məhv edib. Bu barədə “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.
“Onların zirehli maşınlarının o qədər də “zirehli” olmadığı ortaya çıxıb. Rusiya texnikasının daha bir kolonu Çerniqov torpağında məhv edilib”, – məlumatda deyilir.





