Fransa, Türkiyə və Yunanıstan Mariupolda birgə əməliyyat keçirəcək
“Fransa Türkiyə və Yunanıstanla birlikdə əhalinin Mariupoldan evakuasiyası üçün humanitar əməliyyat keçirəcək. Bunu Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında deyib.
O, həmçinin bildirib ki, yaxın 48-72 saat ərzində bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək.



