Ukraynanın bu şəhəri yer üzündən silindi
Əsas şəhərlər, o cümlədən Mariupol Ukrayna silahlı qüvvələrinin nəzarətindədir. Volnovaxa şəhəri isə tamamən məhv edilib, mövcud deyil.
Bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.
O bildirib ki, atışma bütün cəbhə boyu – Adveyevka, Oçeretino, Toretsk, Uqledarda davam edir:
“Ukrayna ordusu iki həftə əvvəl döyüşlərin davam etdiyi Volnovaxa şəhərini tərk edib. Bu gün isə belə bir yaşayış məntəqəsi mövcud deyil. Çünki əksər binalar və infrastruktur məhv edilib”.