Bayden Putini “qəssab” adlandırdı
ABŞ prezidenti Co Bayden Polşanın paytaxtı Varşavada Ukraynadan olan qaçqınlar və könüllülərlə görüşüb.
Görüşdən sonra jurnalistlərdən birinin sualına cavab verən Birləşmiş Ştatlar Prezidenti Vladimir Putinin “qəssab” hesab etdiyini söyləyib.
“O, qəssabdır” – deyə C. Bayden bildirib.
Qeyd edək ki, Co Bayden ötən gündən etibarən Polşada səfərdədir.



