Aİ-nin Rusiya qazından nə vaxt imtina edəcəyi məlum oldu
Aİ diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə biləcəklər.
O, bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
Avropalı siyasətçinin sözlərinə görə, Aİ qaz tədarükü üçün müxtəlif mənbələrdən istifadə etməyi planlaşdırır.
“Biz Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmağa çalışırıq, onlara qadağa qoymuruq”, – deyə Borrell əlavə edib.
Qeyd edək ki, Rusiya Avropaya ən böyük qaz ixracatçısıdır və regionda istehlak edilən qazın təxminən 40%-ni bir neçə marşrutla təmin edir.