Rusiya qoşunları Xersonda prezident aparatının ofisinə hücum etdi
Rus qüvvələri Ukrayna prezidentinin Xersonda yerləşən ofisinə hücum ediblər. Bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.
Məlumata görə, ruslar binanın qapısını sındırıb və Ukrayna bayrağını çıxarıblar. Bundan sonra Rusiyanın təcavüzü səbəbindən Prezident Aparatının ofisi müvəqqəti olaraq bağlanıb.