Rusiya MN: “Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyətlər kəskin azaldılacaq”
Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib.
Bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
“Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər də nəzərə alınmaqla praktiki müstəviyə keçməsi ilə əlaqədar Rusiya Federasiyası Müdafiə Nazirliyi qərar verib.
Rusiya MN tərəfindən qarşılıqlı etimadı artırmaq və danışıqları davam etdirmək, eyni zamanda yuxarıda qeyd olunan sazişin imzalanması ilə bağlı son məqsədə nail olmaq üçün lazımi şərait yaratmaq naminə Kiyev və Çerniqov istiqamətində hərbi aktivliyin kəskin şəkildə azaldılması qərara alınıb”, – deyə qurumdan bildirilib.



