Britaniya MN: “Kiyev ətrafında şiddətli döyüşlər başlayacaq”

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir”.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat verib.

“Çox güman ki, yaxın günlərdə şəhərətrafı qəsəbələrdə şiddətli döyüşlər baş verəcək”, – deyə məlumatda vurğulanır.

Həmçinin bildirilir ki, Rusiya qüvvələrinin əsas məqsədi olan Mariupolda şiddətli döyüşlər davam edir, buna baxmayaraq, Ukrayna qüvvələri şəhərin mərkəzinə nəzarəti davam etdirir.

Hamısını Göstər

Related Articles

Back to top button