ABŞ konqresmenləri Ukraynaya qırıcı təyyarə və gəmiəleyhinə raketlər verilməsini tələb edirlər

ABŞ Konqresinin 30-dan çox üzvü Bayden administrasiyasından Ukraynaya silah tədarükünü artırmağı, o cümlədən bu silahlar sırasına uzun mənzilli yer-hava tipli raketlər, qırıcı təyyarələr və gəmiəleyhinə raketlər əlavə olunmasını tələb edirlər.

Bu barədə CNN məlumat yayıb.

Konqresmenlərin tələbləri sırasına, həmçinin Ukraynada ehtiyatları tükənməkdə olan “Javelin” raketlərinin, habelə rusların təchizat xəttini qırmaq və mühasirəsinə müqavimət göstərmək üçün pilotsuz uçuş aparatlarının (PUA) verilməsi də daxildir.

Xatırladaq ki, bir neçə gün öncə Pentaqon Ukraynaya 300 milyon ABŞ dolları dəyərində hərbi yardım ediləcəyini bəyan edib. Hərbi yardıma lazerli raket sistemləri, taktiki “Switchblade” PUA-ları, kiçik və iri kalibrli hərbi sursat, gecəgörmə cihazları və s. daxildir.

Aprelin 5-də isə ABŞ-dan Ukraynaya 800 milyon ABŞ dolları dəyərində hərbi yardımın daxil olub.

Hamısını Göstər

Related Articles

Back to top button