Çindən Buça ilə bağlı inanılmaz açıqlama
Buçadakı olaylarla bağlı əsassız ittihamlardan çəkinməyə çağırırıq.
Bu barədə Çinin BMT TŞ-dəki nümayəndəsi Çjan Tsyon deyib.
“İttihamlar yoxlanılmalı, faktlara əsaslanmalıdır”, – deyə diplomat bildirib.
Qeyd edək ki, Rusiya ordusu Kiyev vilayətini tərk edəndən sonra Buça şəhərində onlarla dinc sakinin amansızca qətlə yetirildiyi məlum olmuşdu.



