Şəmkirdə keçmiş məhkum qətl törədib
Şəmkir Rayon Polis Şöbəsinə aprelin 8-də saat 19 radələrində Qədimqala kəndi ərazisində şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Faktla bağlı cinayət işi başlanılmışdır.



