Yeni Zelandiyadan Ukraynaya dəstək
Yeni Zelandiyanın baş naziri Casinda Ardern Ukraynaya dəstək üçün 50 hərbçi və “C-130 Hercules” təyyarəsinin Avropaya göndəriləcəyini açıqlayıb.
Ardern qlobal sabitlik üçün Avropa bölgəsində sülhün zəruri olduğunu və Yeni Zelandiyanın dəstəyinin məqsədinin Ukraynaya Rusiyanın hücumlarını dəf etməkdə kömək etmək olduğunu bildirib.
Bir ölkəyə edilən bu hücumun hamı üçün təhdid olduğunu vurğulayan Ardern bu vəziyyətdə Yeni Zelandiyanın da rol oynamalı olduğunu qeyd edib.
Bildirilib ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə daxil olmayacaq, avadanlıq və təchizatların paylama mərkəzlərinə daşınması üçün Avropaya yerləşdiriləcək.