Bakıda gözəllik salonundan pulqabı oğurlandı

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 ABŞ dolları olan pulqabısının oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button