“Ukraynada xüsusi əməliyyat tezliklə başa çatacaq” – Senator Klimov
Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı uzatmağa hazırlaşmır.
Bu barədə aprelin 15-də «Vahid Rusiya» komissiyasının beynəlxalq əməkdaşlıq üzrə rəhbərinin müavini Andrey Klimov Afrika və Asiya KİV-i üçün keçirilən brifinqin gedişində bəyan edib.
Xəbəri RİA «Novosti» agentliyi yayıb.
«Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı tezliklə başa çatacaq, biz onu uzatmağa hazırlaşmırıq – Klimov deyib – Ukraynanı Rusiya və dünya üçün təhlükəsiz edən kimi, biolaboratoriyalar – baxarıq, orada nə baş verir, nüvə oyektlərinin təhlükəsizliyini təmin edəcəyik. Bundan sonra, hərbi faza başa çatacaq».
O, izah edib ki, yaxın gələcəkdə nə baş verəcək. Bununla birlikdə, o, qeyd edib, Qərb ölkələri Ukraynaya silah göndərməkdə davam edirlər və bununla tonqala benzin tökürlər.