Hulusi Akar: “Terrorçulara aid bütün hədəflər uğurla məhv edilib”

“Türkiyə Silahlı Qüvvələrinin dünən axşamdan etibarən İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid” əməliyyatı  uğurla davam edir”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Hərbi qurum rəhbərinin məlumatına görə, əməliyyat çərçivəsində terror təşkilatına aid sığınacaq, bunker, mağara, tunel, sursat anbarları və “qərargahlar” uğurla məhv edilib.

“ATAK helikopteri, kəşfiyyat və zərbə PUA-ları tərəfindən dəstəklənən qəhrəman komandolarımız, həmçinin “qırmızı beretlilər”imiz quru və hava hücumu hərəkatları ilə bölgəyə sızıblar. İndiyə qədər əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflər ələ keçirilib. Əsgərlərimizin nəfəsi terrorçuların ənsəsindədir. Terror təşkilatında artıq dağılma prosesinin getdiyini görürük”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button