Şoyqu Putinə Mariupolun nəzarətə götürüldüyünü birbaşa məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 21-də Rusiya Prezidenti Vladimir Putinə birbaşa məruzəsində Mariupol şəhərinin nəzarətə götürüldüyünü elan edib.

S.Şoyqu həmçinin bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 2 000-ə yaxın hərbçisi olub.

O, həmçinin əlavə edib ki, ukraynalı hərbçilər hazırda zavodun ərazisində mühasirədədirlər.

Öz növbəsində V. Putin Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu məqsədəuyğun saymadığını açıqlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button