Avtomobilində sərnişinlərə qarşı soyğunçuluq törətdi

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aprelin 21-də 18-ci məhəllədə şəhər sakini A.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin onu hədələyərək 15 manat pulunu və poverbankını almaları, həmçinin 150 manat pul tələb etmələri barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini Ümid Fərziyev müəyyən edilərək saxlanılmışdır.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button