Əvvəllər məhkum olunmuş şəxs yenidən cinayət törətdi
Abşeron Rayon Polis İdarəsinə aprelin 30-da saat 23 radələrində Qobu qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Gülağa Əliyevin öldürülməsi barədə məlumat daxil olmuşdur.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun qəsəbə sakini Zamir Ağaliyev tərəfindən bıçaqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Z.Ağaliyev tutularaq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.