Lavrov: “Bakı və İrəvan vəziyyətin normallaşmasında maraqlıdır”
“Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin normallaşmasında maraqlıdır”.
TASS agentliyi xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MDBƏİ) tələbə və müəllim kollektivi qarşısında çıxış edərkən bildirib.
S.Lavrov Ermənistan və Azərbaycan XİN başçıları ilə danışdığını qeyd edib.
“Hiss edirik ki, hər iki tərəf vəziyyətin sakitləşməsində, həmsədrlərin regionda təşkil etdiyi görüşlərin bərpa olunmasında maraqlıdır”, – deyə rusiyalı diplomat söyləyib.