Azərbaycanda özəl icra məmurları olacaq

Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərəcək.

Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

O bildirib ki, bir çox ölkələrin qanunvericiliklərində bu məsələ geniş öyrənilib:

“Cənab nazirin müvafiq tapşırığı ilə bu istiqamətdə xüsusi işçi qrupu yaradılıb. Normativlərin, layihələrin hazırlanması davam edir. Demək olar ki, artıq razılaşdırma mərhələsindədir”.

Eyni zamanda yaradılan işçi qrupunun da üzvü olan F.Əfəndiyev özəl icra ilə dövlət icra məmurları arasında iş bölgüsünün də olacağını qeyd edib:

“Qanunda nəzərdə tutulub ki, müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Özəl icra məmurlarının fəaliyyətinə baxan palata olacaq. Onların sosial təminatı, tələbləri nəzərə alınacaq”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button